Modern.az

QHT-lərə Dövlət Dəstəyi Şurası mayda II maliyyə müsabiqəsi elan edəcək

QHT-lərə Dövlət Dəstəyi Şurası mayda II maliyyə müsabiqəsi elan edəcək

Qarabağ

3 May 2010, 18:46

Modern.az saytı xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu ay 2010-cu il üçün II qrant müsabiqəsi elan edəcək. Bu barədə saytımıza Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov məlumat verib. O, bildirib ki, hazırda müsabiqənin elan edilməsi ilə bağlı müzakirələr aparılır: “Bildiyiniz kimi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Qaradağ Sement” Açıq Səhmdar Cəmiyyəti 2010-cu il üçün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı birgə maliyyə yardımı müsabiqəsi elan edib. II müsabiqənin elan edilməsi üçün isə Şura bu yaxınlarda iclas keçirəcək. İclasda mövzu və istiqamətlər dəqiqləşəcək. Bundan sonra müsabiqənin dəqiq vaxtı bilinəcək”.

Xatırladaq ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu il üçün I maliyyə müsabiqəsinin qaliblərini martda elan edib. Bu müsabiqədə Şura 199 qalib təşkilata  1.155.090 AZN maliyyə yardımı ayırmışdı.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü