Modern.az

Şəkidə 9 otaqlı evdə YANĞIN

Şəkidə 9 otaqlı evdə YANĞIN

Hadisə

3 İyun 2024, 16:12

Şəkidə 9 otaqlı fərdi yaşayış evi yanıb.

 

Modern.az-ın məlumatına görə, yanğın günorta saat 13 radələrində Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində İslam Əmrahova məxsus 9 otaqlı evdə baş verib. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

 

Yanğının qarşısı alınıb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə