Modern.az

Türkiyə-İran sərhədində ZƏLZƏLƏ

Türkiyə-İran sərhədində ZƏLZƏLƏ

12 İyun 2024, 14:44

Türkiyənin Ağrı vilayətində yenidən zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bu barədə AFAD-ın internet səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Doğubayazıt rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.2 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

 

Silkələnmə İranın Qərbi Azərbaycan ostanının Maku şəhərində də hiss olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...