Modern.az

“Ağıl dəryası”nın aparıcısı ANS-i tərk etdi

“Ağıl dəryası”nın aparıcısı ANS-i tərk etdi

Media

15 Noyabr 2013, 16:51

ANS televiziyasında daha bir aparıcı işdən çıxıb. ANS-də məktəblilər üçün “Ağıl dəryası” verilişinin aparıcısı Zəhra Rüstəmova televiziyadan ayrılıb. Modern.az-ın xəbərinə görə, bu barədə teleaparıcının özü məlumat verib. O, televiziyadan ayrılıdığını və yeni həyata qədəm qoyduğunu bildirib.

Qeyd edək ki, Zəhra Rüstəmova bir müddət bundan öncə ana olub. Onu da deyək ki, Zəhra Rüstəmovanın həyat yoldaşı Cavid Rüstəmov da ANS-də aparıcı idi və o da bir müddət əvvəl telekanalı tərk edib.

Gültəkin ƏLƏSGƏR     

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!