Modern.az

Sabiq deputatdan mətbuata qadağa: “Qonorar ödəyin, müsahibə verim"

Sabiq deputatdan mətbuata qadağa: “Qonorar ödəyin, müsahibə verim"

19 Noyabr 2013, 10:51

Sabiq deputat Nazim Məmmədov bundan sonra mətbuata iqtisadçı ekspert qismində havayı müsahibə, açıqlama verməyəcək. Modern.az-ın xəbərinə görə, bu barədə Nazim Məmmədov Facebook səhifəsindən mediaya ünvanlanmış mesaj verib.

”Hörmətli jurnalistlərin nəzərinə: Nəzərə alsaq ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq, ona görə də mən qonorarsız açıqlama, müsahibə, rəy verməyi bu dəqiqədən dayandırıram. Bu heç də mətbuatdan yayınmaq anlamına gəlmir, simvolik də olsa, mən itirdiyim vaxtın dəyərini kompensasiya etməliyəm. Məqsəd pul qazanmaq deyil, o yığılacaq pulu isə, indidən mətbuatın inkişaf fonduna (belə bir qurum yoxdursa, kimsəsizlər evinə) köçürməyi həmin mətbu orqandan xahiş etmək niyyətim var. Sadəcə mənimlə müqavilə imzalanmalı, şərtlər, tariflər dəqiqləşdirilməlidir. Gələcəkde rəqabətli mühit formalışdıqda isə, 1-2 TV, 1-2 radio, 2-3 qəzet və 2-3 saytla əməkdaşlıq etmək niyyətindəyəm. Azərbaycanda, dünyada baş verən siyasi-iqtisadi-sosial və digər hadisələrə isə Facebook, Twitter üzərindən reaksiya verəcəm, oradan götürməyinizə isə heç bir iradım olmayacaq. Məni dəstəkləyə biləcek ekspertləri də bu təşəbbüsə qoşulmağa dəvət edirəm" – deyə Nazim Məmmədov bəyan edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?