Modern.az

Kaxa Kaladze Gürcüstan-Portuqaliya oyunundan DANIŞDI

Kaxa Kaladze Gürcüstan-Portuqaliya oyunundan DANIŞDI

25 İyun 2024, 17:26

Gürcüstanın paytaxtı Tiflisin meri, veteran futbolçu Kaxa Kaladze Gürcüstan millisinin Portuqaliya ilə oyundakı şansları haqda danışıb.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, o, imkanları dəyərləndirib.

 

“Biz dünyanın ən yaxşı komandalarından birinə qarşı oynayırıq, lakin bu gün hər kəslə futbol oynaya bilərsən və istənilən komanda ilə uğur qazana bilərsən", - o qeyd edib.

 

Sabah Avro 2024-ün 3-cü turunda Gürcüstan Gelzenkirxendə Portuqaliya ilə qarşılaşacaq. Eyni zamanda, Çexiya millisi Türkiyə ilə oyun keçirəcək. İki turdan sonra Gürcüstan və Çexiyanın hərəyə bir xalı, Türkiyənin üç, Portuqaliyanın isə altı xalı var.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat