Modern.az

Əcnəbilərin Qazaxıstanda iş imkanları

Əcnəbilərin Qazaxıstanda iş imkanları

Dünya

26 İyun 2024, 11:16

Qazaxıstanda 14 minə yaxın əcnəbi çalışır.

 

Modern.az xəbər verir ki, bu barədə "Kazinform" Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

 

Bildirilib ki, 2024-cü il iyunun 1-nə Qazaxıstanda 13 937 əcnəbi mütəxəssis qeydiyyatdan keçib.

 

Xaricilər hansı sektorlarda çalışırlar:

 

Tikinti – 4403 nəfər

Kənd təsərrüfatı – 1817 nəfər

İnzibati xidmətlər – 1684 nəfər

 

Haradan gəliblər:

 

Çin – 3938 nəfər

Özbəkistan – 1919 nəfər

Hindistan – 1145 nəfər

Türkiyə – 1101 nəfər.

 

Ölkənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər il xarici mütəxəssislərin cəlb edilməsi üçün kvota müəyyən edir. 2024-cü ildə bu, işçi qüvvəsinin 0,23%-i və ya 22 min nəfərdir.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat