Modern.az

Əflatun Amaşov xəstəlikdən əziyyət çəkən jurnalist Nicat Dağlarla görüşüb-FOTOLAR

Əflatun Amaşov xəstəlikdən əziyyət çəkən jurnalist Nicat Dağlarla görüşüb-FOTOLAR

22 Noyabr 2013, 15:46


Modern.az-ın məlumatına görə, bu gün tanınmış jurnalist Nicat Dağlar Mətbuat Şurasında olub. Şura sədri Əflatun Amaşov teleqraf.az saytının baş redaktoru ilə görüşdə onun sağlamlıq durumu ilə maraqlanıb. Leykosit xəstəliyindən müalicə olunan jurnalist 12 gün öncə Almaniyadan qayıtdığını, mərhələnin uğurla başa çatdığını, gələn ilin fevralında bu məqsədlə yenidən ora dönəcəyini bildirib.

O, özünü ilkin müalicəsinə başlanılan dövrə nisbətdə daha yaxşı hiss etdiyini, aktiv yaradıcılığına qayıtmaq niyyətində olduğunu deyib: “Həyatda yaşamağıma, ailəmə, doğmalarıma, həmkarlarıma qovuşmağıma, peşə fəaliyyətimi davam etdirmək imkanı qazandığıma görə ilk növbədə prezidentimiz İlham Əliyevə borcluyam.  Həyatımın ən ağır məqamında mənə böyük insani diqqət və qayğı göstərildi. Dövlət müalicə xərclərimi öz üzərinə götürdü. Almaniyada elə şərait yaradılmışdı ki, sanki doğma Bakımızda idim. Həmin günlərdə müaəlicəmlə bağlı məsələlərə diqqətlə yanaşdığına görə Mətbuat Şurasına da minnətdaram”. Ə. Amaşov baş redaktorun sağlamlıq durumunda yaranan müsbət irəliləyişlərdən məmnun qaldığını söyləyib. Eyni zamanda jurnalisti yeni mənzil alması münasibətilə də təbrik edib, ona həmin ünvanda xoş günlər arzulayıb. Ə.Amaşov Azərbaycanda bütün cəmiyyət üzvləri kimi jurnalistlərin də problemlərinin həllinin dövlət başçısının diqqətində saxlanıldığını bildirərək, belə həssaslığın ilk növbədə dərin humanizm hissindən irəli gəldiyini vurğulayıb. Şura sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsinin də adekvat münasibətin təzahürü olduğunu söyləyib.

Görüşdə Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin redaktoru Vüqar Rəhimzadə də iştirak edib.

 

 

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi