Modern.az

Biləsuvarda qaz xətti zədələndi - Kənd qazsız qaldı

Biləsuvarda qaz xətti zədələndi - Kənd qazsız qaldı

Ölkə

14 İyul 2024, 17:21

Biləsuvar rayonunda yeraltı qaz xəttinin zədələnməsi nəticəsində bir kənd qazsız qalıb.

 

Modern.az-ın məlumatına görə, rayonun Əsgərabad kəndində rayon işıq idarəsi tərəfindən işıq dirəkləri basdırılan zaman diametri 160 mm-lik yeraltı orta təzyiqli qaz xəttini zədələnib.

 

Nəticədə Əsgərabad kəndinin 800 abonentin qaz təchizatı dayandırılıb.

 

Qəzanı aradan qaldırmaq üçün işlər görülür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?