Modern.az

Bakıda usta 3-cü mərtəbədən yıxıldı

Bakıda usta 3-cü mərtəbədən yıxıldı

Hadisə

16 İyul 2024, 09:14

Bakıda usta yeni tikilən binadan yıxılıb.

 

Modern.az xəbər verir ki, Binəqədi rayonu Cəfər Xandan küçəsində tikilməkdə olan binada usta işləyən Şamil Umudov suvaq işləri ilə məşğul olarkən 3-cü mərtəbədən yerə yıxılıb.

 

Nəticədə Şamil Umudov ağır xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə