Modern.az

İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatı təqdim edilib - FOTO+VİDEO

İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatı təqdim edilib - FOTO+VİDEO

24 Noyabr 2013, 13:57

Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatının təqdimat mərasimi olub.

"RUH" Jurnalistləri Müdafiə Komitəsinin media nümayəndələri arasında keçirdiyi sorğunun nəticələrinə görə, Azərbaycan Prezidenti İlham Əliyev "Jurnalistlərin dostu" seçilib.

Mərasimdə Mətbuat Şurasının sədri Əflatun Amaşov dövlət başçısını "Jurnalistlərin dostu" nominasiyasında qalib olduğu üçün təbrik edib. O, Azərbaycan mətbuatının keçdiyi inkişaf yolundan danışmış, bəzi problemlərə toxunub.

"Jurnalistlərin dostu" mükafatı Prezident İlham Əliyevə təqdim edilib.

Prezident İlham Əliyev çıxış edərək ölkədə görülən işlərdən, aparılan islahatlardan danışıb. Dövlət başçısı Azərbaycanda demokratik dəyərlərin, azad söz və medianın mövcud olduğunu qeyd edib.

Prezident deyib ki, "Azərbaycanda azad media vardır və biz onun daha da inkişaf etməsində maraqlıyıq".

Prezident Azərbaycan mediasının inkişafı üçün bundan sonra da dövlətin daim diqqət göstərəcəyini vurğulayıb.

Mətbuatla bağlı çıxışlarda səsləndirilmiş problemlərə münasibət bildirən dövlət başçısı Azərbaycanda mediaya qarşı siyasi ayrı-seçkiliyin olmadığını deyib.

Azərbaycan Prezidenti medianın gənclərin vətənpərvər ruhda yetişməsində, Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında, ölkənin informasiya blokadasından çıxmasındakı xidmətlərindən də danışıb.

Dövlət başçısı bəzi hallarda Azərbaycana qarşı "qara piar" kampaniyası aparıldığını, medianın bu məsələyə həssas yanaşmasının vacibliyini də vurğulayıb.

Bakı Dövlət Universitetinin müəllimi, professor Şirməmməd Hüseynov, Milli Məclisin deputatı Aqil Abbas, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, qocaman jurnalist Yusif Kərimov, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid çıxışlarında Azərbaycan Prezidentini təbrik edib, medianın inkişafı ilə bağlı fikirlərini söyləyiblər.

Qeyd edək ki, Azərbaycan Prezidenti ikinci dəfədir ki, "Jurnalistlərin dostu" mükafatına layiq görülür.






Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir