Modern.az

"Reytinq" qəzeti "1000 etibarlı Oxucu" kampaniyasına başladı

"Reytinq" qəzeti "1000 etibarlı Oxucu" kampaniyasına başladı

24 Noyabr 2013, 19:05

Son günlər qəzet satışı ilə bağlı yaranan maneələr "Reytinq" qəzetinə də ciddi maliyyə problemlərinin yaranmasına səbəb olub. Bu səbəbdən də radaksiya oxucularına müraciət edib.
"Əziz Oxucular! Hər birinizin qəzeti olan «Reytinq» 14 illik tarixinin ən ağır dönəmlərindən birini yaşayır. Qəzet faktiki olaraq bağlanmaq təhlükəsiylə üzləşib. Artıq paytaxt Bakıda ən çox qəzet satan «Qasid» firmasının 200-dən çox köşkləri yığışdırılıb, metro keçidlərində qəzet satışı qadağan edilib. Bundan əlavə, şəhərin hər addımbaşı rast gəlinən yeni «press köşk»lər də şənbə-bazar günləri işləmədiklərini bəhanə gətirərək,  «Reytinq»i satış məqsədiylə götürməkdən imtina edib.
Bütün bunlar isə fəaliyyətimizi çox ciddi şəkildə məhdudlaşdırıb. Odur ki, ən ağır dövrlərimizdə olduğu kimi, yenə də Sizə üz tuturuq.
«Reytinq» qəzeti ilkin mərhələdə «1000 etibarlı Oxucu» kampaniyası çərçivəsində yeni bir prosesə start verib. Sizlərdən xahiş edirik, qəzetimizə abunə yazılın!”-deyə qəzetin yaydığı müraciətdə bildirilib.  

Qəzetə aylıq, 3 aylıq, 6 və 12 aylıq abunə yazılmaq olar. 1 aylıq abunə haqqı 1 manat 60 qəpik, illik isə 19 manatdan çox deyil.

“Bunun üçün "Reytinq" qəzetinin redaksiyasına (498-02-18), o cümlədən şəhərdə «Qaya» firmasına (465 - 67- 13 və 564 48 96), rayonlarda isə Poçtdaşıma müəssisələrinə, «Azərmətbuatyayım» firmasının rayon şöbələrinə bir zənginiz kifayət edər ki, qəzetiniz evinizə və ya ofisinizə gəlsin!"-deyə redaksiya bildirib.

Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü