Modern.az

Vilayət Eyvazov idarəyə rəis TƏYİN ETDİ

Vilayət Eyvazov idarəyə rəis TƏYİN ETDİ

Aktual

23 İyul 2024, 17:42

Daxili İşlər Nazirliyinin Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinə yeni rəis təyin edilib.

 

Modern.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

 

Əmrə əsasən, bu vəzifəyə polkovnik-leytenant Elçin Xasiyev təyin olunub. E.Xasiyev bu təyinata qədər Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi vəzifəsini icra edib.

 

Qeyd edək ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev bir müddət əvvəl təqaüdə göndərilib.

 

Bununla bağlı ilk məlumatı Bizim.Media saytı yayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibə olmayacaq! - İsrail İranla razılaşdı - Gündəm Masada