Modern.az

Ədliyyə Nazirliyində daha bir idarə rəisi işdən çıxarıldı

Ədliyyə Nazirliyində daha bir idarə rəisi işdən çıxarıldı

Aktual

1 Avqust 2024, 10:48

Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəisi Nazim Abbasov vəzifəsindən azad edilib.

Modern.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, bu barədə nazir Fərid Əhmədov Əmr imzalayıb.

N.Abbasov təqaüd yaşı tamam olduğu üçün öz arzusu ilə tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, Nazim Abbasov peşəkar istintaqçı kimi tanınır. O, uzun illər Baş Prokurorluqda İstintaqa nəzarət idarəsinin rəisi işləyib. 2019-cu ildə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəisi təyin edilmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə