Modern.az

Sürücülərin nəzərinə!

Sürücülərin nəzərinə!

Aktual

5 Avqust 2024, 13:55

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 11-125-ci kilometrlik hissəsində yol-nəqliyyat hadisələri zamanı sıradan çıxmış əyrixətli dəmir tirlərin təmiri və dəyişdirilməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Modern.az-a bildirilib ki, sözügedən işlərin icrası bu gün saat 14:00-dan başlayaraq avqustun 11-i saat 18:00-dək davam edəcək.

Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən ərazidə müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə