Modern.az

Bir həftədə 267 mina

Bir həftədə 267 mina

Aktual

5 Avqust 2024, 15:23

Azad olunan ərazilərdə 29 iyul - 4 avqust tarixlərində 87 tank əleyhinə mina, 280 piyada əleyhinə mina, 8086 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 2790 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) həyata keçirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə