Avqustun 6-sı saat 00:00-dan avqustun 9-u saat 09:00-dək Bakı şəhərinin Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində (C.Xəndan küçəsindən Z. Bünyadov prospektinədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Modern.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.