Modern.az

18 min 467 yerli müşahidəçi akkreditasiyadan keçib

18 min 467 yerli müşahidəçi akkreditasiyadan keçib

Aktual

5 Avqust 2024, 16:37

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün indiyədək ümumilikdə 18 min 467 yerli müşahidəçi akkreditasiyadan keçib.

 

Modern.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 5-də keçirilən iclasında söyləyib.

 

O bildirib ki, bu müşahidəçilərdən 5588 nəfəri Mərkəzi Seçki Komissiyasında, 12 min 879-u isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib.

 

M.Pənahov deyib ki, növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 9 beynəlxalq qurumdan və 27 ölkədən 101 nəfər akkreditə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə