Modern.az

Aydın Mirzəzadə: “Mingəçevirdə təhlükə yoxdur”

Aydın Mirzəzadə: “Mingəçevirdə təhlükə yoxdur”

6 May 2010, 18:07

Yağmurlu hava nəticəsində Kürətrafı rayonlarda təhlükəli durum davam edir. Modern.az saytı Kür çayının təhlükə törətdiyi rayonların deputatları ilə əlaqə saxlayaraq son durumu öyrənib.

 

Mingəçvir.  “Vaxtaşırı əlaqə saxlayıram. Təhlükəli durum yoxdur. Mingəçevir su anbarı elə tikilib ki, istənilən halda suyun səviyyəsini saxlamaq mümkündür. Mingəçevir su anbarında maksimum bir səviyyə var ki, hələ 1954-cü ildən bəri suyun səviyyəsi o nöqtəyə çatmayıb. Rayonlardakı mövcud durumun su anbarı ilə heç bir əlaqəsi yoxdur. Bu hadisə yağış sularının törətdiyi fəlakətdir”. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?