Modern.az

"Namizədin təşviqat başlamazdan əvvəl təbliğat aparması sübut edilməlidir"

"Namizədin təşviqat başlamazdan əvvəl təbliğat aparması sübut edilməlidir"

Aktual

9 Avqust 2024, 10:28

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov namizədlərin seçkiqabağı təşviqatla bağlı qanunvericiliyin pozulması hallarına münasibər bildirib.

 

Modern.az-ın məlumatına görə, o bildirib ki, təşviqat kampaniyası başlamazdan öncə təbliğat aparan namizədlər olubsa, bununla bağlı sənəd təqdim edilməlidir.

 

MSK sədri bununla bağlı sübutları özündə ehtiva edən rəsmi sənədlə müraciət ünvanlanmasının zəruri olduğunu bildirib.

 

“Onları göndərsinlər baxaq, araşdıraq, ondan sonra deyək qanun pozuntusu var, yoxsa, yox”, - sədr deyib.

 

Qeyd edək ki, seçkiqabağı təşviqat avqustun 9-da başlasa da, sosial şəbəkələrdə bir sıra namizədlərin avqustun 8-də təşviqata başlaması barədə xəbərlər yayılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə