Modern.az

"İctimai TV"dəki vəzifəsindən getdi

"İctimai TV"dəki vəzifəsindən getdi

Aktual

9 Avqust 2024, 12:40

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Xəbərlər departamentinin direktoru Fikrət Doluxanov vəzifəsindən gedib.

 

Modern.az xəbər verir ki, o bu barədə feysbuk hesabında yazıb.

 

“Bu kitabın yeni səhifələri artıq mənsiz yazılacaq və oxunulacaq. Mən isə yeni çağırışlar, yeni imkanlar və yeni nailiyyətlərə doğru addımlamalıyam, çünki həyat – yoldur”, - deyə o bildirib.

 

Xatırladaq ki, F. Doluxanov bu vəzifəyə 2021-ci il yanvarın 6-da təyin olunmuşdu.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə