Modern.az

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri

9 Avqust 2024, 16:57

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Modern.az bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, əlavə təyin edilən qatarlar avqustun 15-də saat 09:15-də Bakıdan- Ağstafaya, avqustun 16-da saat 15:00-da isə Ağstafadan-Bakıya yola düşəcək.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə