Modern.az

Hatayda ZƏLZƏLƏ

Hatayda ZƏLZƏLƏ

Dünya

14 Avqust 2024, 14:01

Türkiyənin Hatay vilayətində yenidən zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Yayladağı rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 9.5 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

 

Zəlzələ Suriya ərazisində də hiss olunub.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?