Modern.az

Bu il 29 min şəxsə əlillik təyin edilib

Bu il 29 min şəxsə əlillik təyin edilib

19 Avqust 2024, 10:58

Bu ilin yanvar-iyul ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 28,9 min şəxsə əlillik təyin edilib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildiriblər ki, onlardan 14,4 mininə ilkin, 14,5 mininə təkrar əlillik təyinatı aparılıb.

 

Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır