Modern.az

Çingiz Aslanovun adı İTV-nin Direktorlar Şurasından çıxarıldı

Çingiz Aslanovun adı İTV-nin Direktorlar Şurasından çıxarıldı

3 Dekabr 2013, 14:59

Dünəndən başlayaraq İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV) “köhnə komanda”dan qalan bütün işçilər kütləvi şəkildə vəzifəsindən azad olunub. Bunu müqavilənin vaxtının bitməsi ilə izah edən İTV rəhbərliyi yeni komanda yığmağa hazırlaşır. 

Gedənlərin sırasında İTV direktorunun müavini Çingiz Aslanov da var. Bu gündən o, işə çıxmayıb.
Çingiz Aslanov AzNews.az-a açıqlamasinda işdən azad olunmasını müqavilə vaxtının bitməsi ilə əlaqələndirib: “Düşünürəm ki, müqavilə vaxtım bitib. Ona görə işdən çıxarmaq istəyirlər. Əslində mən çoxdan getmək istəyirdim. İsmayıl Ömərov gedəndən az sonra ərizəmi yazıb azad olunmaq istəyimi bildirmişdim. Lakin İsmayıl Ömərov və bəzi hörmətli şəxslər məndən xahiş etdilər ki, qalıb yeni rəhbərliyə kömək edim. Artıq müstəqil işləyirlər, hamını tanıyırlar. Mən gedə bilərəm”. 

Ç.Aslanov getməkdə israrlı olmasına da aydınlıq gətirib: “Problem başqadır. Bilirsiniz, peşəkarlarla işləmək başqa şeydir”. 

“Bəs, indiki rəhbərlik peşəkar deyil?” sualına cavabında yeni iş metodu ilə razılaşmadığını bildirib: “Onların iş metodu İTV prinsiplərinə uyğun deyil”. 

Ç.Aslanov bir neçə həftə istirahət edəcəyini və yeni iş barədə sonra düşünəcəyini deyib: “İşdən bu gün azad olunmuşam. Hələlik təklif yoxdur. Bir neçə həftə istirahət etmək istəyirəm”.

Modern.az-ın məlumatına görə, Çingiz Aslanovun adı bu gün  İTV-nin Direktorlar Şurasından çıxarılıb. İTV-dən bildiriblər ki, televiziyanın rəhbəri Cəmil Quliyev Çingiz Aslanovun yeinə yeni müavin təyinatı gerçəkləşdirəcək

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi