Modern.az

İTV işdən çıxarılanlarla bağlı AÇIQLAMA verdi

İTV işdən çıxarılanlarla bağlı AÇIQLAMA verdi

Media

3 Dekabr 2013, 16:05


İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidməti son günlər şirkətdən işdən çıxarılanlarla bağlı açıqlama verib.

“Bir sıra internet portallarında İTV əməkdaşlarının kütləvi şəkildə istefaya verilməsi ilə bağlı yayılmış məlumatlar həqiqətə uyğun deyil. İctimaiyyətin nəzərinə çatdırırıq ki, həmin şəxslərlə bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığından onların müqavilələrinə xitam verilib. Həmçinin qeyd edək ki, Hesablama Palatasının İTV-də yoxlanması başa çatmayana qədər keçmiş rəhbərliyi təmsil edən bir sıra maddi məsul şəxslərin, o cümlədən Baş direktorun müavini Çingiz Aslanovun əmək müqaviləsinə xitam verilə bilməzdi. Yoxlama başa çatdıqdan sonra həmin şəxslərlə müqaviləyə xitam verildi və bunun peşəkarlıq məsələsi ilə heç bir əlaqəsi yoxdur-deyə İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətindən Modern.az-a bildirilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı