Modern.az

Rafiq Hüseyinovun xanımı “Biz ora ümidlə gedirik”

Rafiq Hüseyinovun xanımı “Biz ora ümidlə gedirik”

Media

4 Dekabr 2013, 16:27

Ağ ciyər xərçəngindən əziyyət çəkən və müalicəsinə Heydər Əliyev Fondu tərəfindən kömək edilən xalq artisti, tanınmış diktor Rafiq Hüseyinov bu həftənin sonunda Türkiyəyə gedəcək. Bu barədə Modern.az saytına tanınmış diktorun həyat yoldaşı Səbinə Hüseyinli məlumat verib:

“Bu həftənin axırı Bakıdan çıxırıq. Bizi Türkiyədə “Florens Naytngel Hospital” klinikasında gözləyirlər.  Həftənin axırında orda olacağıq. Rafiq müəllim  hazırda akademik Əhliman Əmiraslanovun nəzarəti altındadır. Çox sağ olsun, Əhliman müəllim Rafiqə çox kömək etdi. Bizə o qədər insan zəng vurur ki, açığı bəzən kim olduqları ilə də maraqlanmıram. Əsasən də jurnalistlər zəng vurur. Hamı da diqqət göstədikləri üçün çox sağ olsun. Ümid edirik ki, hər şey yaxşı olacaq və biz də ora ümidlə gedirik”.

Ağ ciyər xərçəngindən əziyyət çəkən Rafiq Hüseynov “Florens Naytngel Hospital” klinikasında əməliyyat olunacaq.
 
Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü