Modern.az

Sirkə turşusu içən qadın xəstəxanada öldü

Sirkə turşusu içən qadın xəstəxanada öldü

2 Sentyabr 2024, 00:07

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin F. Bayramov küçəsində qeydə alınıb.

 

Belə ki, 1941-ci il təvəllüdlü M. Babayeva evdə sirkə turşusu içərək zəhərlənib.

 

Yaşlı qadın xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq M. Babayevanın həyatını xilas etmək mümkün olmayıb.

 

Yaşlı qadının hansı səbəbdən sirkə turşusu içməsi məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə