Modern.az

Təhsil Nazirliyi 2 məktəb direktorunu işdən çıxarıb

Təhsil Nazirliyi 2 məktəb direktorunu işdən çıxarıb

Ölkə

7 May 2010, 18:19

Aprel ayında Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: [email protected]) 1003 müraciət daxil olub.

Müraciətlərin 919-u (91.6%) telefonla, 84-ü (8.4%) elektron poçt vasitəsilə qəbul edil­ib. Modern.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin mətbuat xidməti xəbər verib.

Daşıdığı informasiyanın əhəmiyyətindən, mövzusundan asılı olmayaraq bütün müraciətlər dinlənilib və qeydə alınıb. Xüsusi araşdırma tələb edən mü­ra­ciətlər aidiyyəti qurumlara göndərilərək müvafiq qaydada araşdırılıb, ün­van­lı mü­raciətlər isə yazılı şəkildə cavablandırılıb.

Ötən aylarda olduğu kimi müraciətlərin böyük əksəriyyəti yenə də ano­nim­ olub, sorğu xarakterli müraciətlər çoxluq təşkil edib. Aprel ayı ərzində “Qaynar xətt” xidmətinə daxil olmuş sorğular ümumtəhsil məktəblərinin IX və XI si­nif­lərində mərkəzləşdirilmiş qaydada keçirilmiş yoxlama imtahanlarının nə­ti­cə­lə­ri, bu imtahanların təşkili və keçirilməsi ilə əlaqədar rəy və təkliflər, müəllimlərin işə qə­bulu üzrə yeni mexanizmin gələcəkdə geniş tətbiqinin səmərəliliyi barədə mü­la­hizələr, Respublika fənn olimpiadalarının və Beynəlxalq olimpiadaların təşkili, ke­çirilməsi və nəticələri, xaricdə təhsil, xarici ölkələrin təhsil müəs­si­sə­lə­rindən verilmiş təhsil sənədlərinin tanınması qaydaları ilə əlaqədar olub. Hə­min müraciətlər ümumi sorğuların 75-80 faizindən çoxunu təşkil edib. Başqa sor­ğularda isə müəllimlərin əmək haqqının dərəcələr üzrə hesablanması qay­da­ları, təhsil sənədlərinin alınması və sair məsələlərlə bağlı olub.

Ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri ilə bağlı mü­ra­ciətlərin böyük əksəriyyəti Bakı şəhərindən, bir qismi isə Gəncə, Sumqayıt və Şir­van şəhərlərindəndir. Bakıdan 74, Sumqayıtdan 5, Gəncədən 3, Min­­gə­çevirdən 3, Şirvandan 1 müraciət daxil olub. Rayonlar üzrə Abşeron, Go­ran­boy, Qəbələ, Gədəbəy, Şamaxı, Cəlilabad, Lənkəran, Biləsuvar, Fizuli və Şa­ma­xıdan daha çox müraciət qeydə alınıb. Müraciətlərdə ümumtəhsil müəs­sisələrində tədris prosesinin təşkili, maddi-texniki təchizat sahəsində ça­tış­mazlıqlar, məktəb direktorlarının idarəetmədə yol verdikləri nöqsanlar və digər mə­sələlər öz əksini tapıb.

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciət əsasında Bakı şəhərinin 63 nömrəli mək­tə­bdə yaranmış vəziyyət araşdırılıb, burada şagird-müəllim-vali­deyn münasibətlərinin düzgün qurul­ma­sı, sanitar-gigiyenik nor­ma­lara əməl olunması istiqamətində zəruri iş­lərin aparıl­ma­dığı müəyyən olunub, mək­təbin direktoruna töhmət elan edilib. Daxil olmuş digər müraciətlər əsasında Cəlilabad şəhər 1 və 8 saylı mək­təb­lər­də­ki vəziyyət araşdırılıb, işdə yol verdikləri nöq­san­la­ra görə hər iki məktəbin direktoru tutduqları vəzifədən azad olun­ublar.

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə müraciət etmiş şəxslərdən onların şi­ka­yət­lərinə operativ şəkildə baxıldığına görə təşəkkür məktubları da daxil olub.

  Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü