Modern.az

Xədicə İsmayıl Eynulla Fətullayevə görə “Yeni Müsavat”dan imtina etdi

Xədicə İsmayıl Eynulla Fətullayevə görə “Yeni Müsavat”dan imtina etdi

7 Dekabr 2013, 15:48

“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl “Yeni Müsavat” qəzetinin suallarını cavablandırmaqdan imtina edib. Modern.az-ın xəbərinə görə. Bu haqda X.İsmayıl özü sosial şəbəkədə məlumat verib:

““Yeni Müsavat” qəzetindən zəng edib deyirlər ki, yazı üçün mənim də rəyimi almaq istəyirlər. Yazı İsa Qəmbərlə mənim müsahibəm barədədir. Media ekspertləri deyirmiş ki, mənim müsahibə zamanı davranışım jurnalist etikasına ziddmiş. Mənim cavabımı sordular buna. Mən də soruşdum, o hansı media eksperti imiş?
Cavab gəldi ki, Eynulla Fətullayev. Mən də Eynulla Fətullayevi media eksperti hesab edən məntiqi sorğulayıb, cavab verməkdən imtina etdim”.

Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbər iki gün öncə “Azadlıq Radiosu”nun “İşdən Sonra” proqramında Xədicə İsmayılın qonağı olub. Ölkədə, dünyada, Milli Şura daxilində baş verən olaylara münasibətini açıqlayan Müsavat başqanı, proqramın gedişində Xədicə İsmayıla qarşı irad və ittihamlarını dilə gətirib. Bundan sonra Müsavat başqanı ilə aparıcı arasında mübahisə daha da qızışıb.
Bu olay mediada geni müzakirələrə yol açdı. Qeyd edək ki, öncələr Xədicə İsmayılla “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və “haqqin.az” saytının rəhbəri Eynulla Fətullayev arasında mübahisələr yaşanıb, tətəflər qarşılıqlı irad və ittihamlar səsləndiriblər.  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər