Modern.az

"Nobel" həftəsinin başlayacağı tarix dəqiqləşdi

"Nobel" həftəsinin başlayacağı tarix dəqiqləşdi

Mədəniyyət

13 Sentyabr 2024, 09:48

Builki "Nobel" həftəsinin başlayacağı tarix dəqiqləşib.

Modern.az xəbər verir ki, bu barədə mükafatın rəsmi saytında bildirilib.

Qeyd edilib ki, "Nobel" laureatları 7-14 oktyabr tarixlərində elan olunacaq.

Bildirilib ki, oktyabrın 7-i tibb, 8-i fizika, 9-u kimya, 10-u ədəbiyyat, 11-i sülh, 14-ü isə iqtisadiyyat üzrə “Nobel” mükafatı laureatları elan olunacaq.

Qeyd edək ki, laureatların elanı mükafatın rəsmi saytında və sosial media hesablarında canlı yayımlanacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır