Modern.az

Soyuducu və kondisionerlərə qənim kəsilən şəxs tutuldu

Soyuducu və kondisionerlərə qənim kəsilən şəxs tutuldu

Aktual

18 Sentyabr 2024, 10:42

Nəsimi rayonu ərazisində yerləşən bazarda obyektlərin birinin qarşısında 2 kondisionerin və 5 soyuducunun yararsız hala salınması, 4 kondisionerin isə oğurlanması barədə polisə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən R.Mirzəyev müəyyən olunaraq saxlanılıb. 

 

Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır