Modern.az

Texnologiyasız həyat mümkün deyil!

Texnologiyasız həyat mümkün deyil!

Aktual

20 Sentyabr 2024, 16:04

Bizim çox sevdiyimiz güvəndiyimiz həyatımızı onsuz təsəvvür edə bilməyimiz elektron cihazların əleyhimizə silah kimi istifadə edilməsi təəssüf doğurur.

 

Bunu Modern.az-a açıqlamasında sosioloq Mail Yaqub deyib.

 

O qeyd edib ki, Livanda elektron qurğuların kütləvi şəkildə uzaqdan partladılması ilk dəfə olsa da, illər öncə fərziyyələr səsləndirilib, xəbərdarlıq edilib.

 

"Təəssüflər olsun ki, bu fərziyyələr reallığa çevrildi. Gələcəkdə elektron cihazsız, texnologiyasız həyat mənim fikrimcə, mümkün deyil. Bu bir vaxt mümkün ola bilərdi ki, bütün sistem alt-üst olsun və biz yenidən əvvəlki dönəmə qayıdaq. Hətta evlərdə televizor da gərək olmasın, çünki o  da partlayışa səbəb ola bilər. İnsanlıq, tarix bura qədər irəliləyib inkişaf edirsə, bundan sonra bütün bu yeniliklərdən imtina etməsi qeyri-mümkün görünür”. 


Sosioloq qeyd edir ki, elekronika cihazlarından silah kimi istifadə olunması ciddi məsələdir və təhlükəsizlik məsələsinin görülməsini tələb edir:

 

"Necə nüvə silahında beynəlxalq konsensus, təhlükəsizlik müqavilələri var, bu məsələdə də zahirən görünür ki, ölkələr bir-biri ilə təhlükəsizlik müqavilələri, konsensusları yaradacaqlar ki, elektron cihazlardan silah kimi istifadə olunmasın”.

 

Qeyd edək ki, Livanda rabitə üçün istifadə edilən qurğuların partladılması nəticəsində minlərlə şəxs yaralanıb və həlak olub. Hizbullah hücuma görə İsrailin məsuliyyət daşıdığını bildirir.

 

Gülarə Quliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır