Modern.az

Jurnalistlərin yeni mənzillərinə köçəcəyi tarix açıqlandı

Jurnalistlərin yeni mənzillərinə köçəcəyi tarix açıqlandı

Media

10 Dekabr 2013, 15:04

Bakının Səbail rayonu ərazisində jurnalistlər üçün inşa edilmiş binadan ev alan media işçilərinin yeni mənzillərinə köçürüləcəyi tarix məlum olub. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli “Movqe.az”a deyib ki, yaxın günlərdə mənzil almış şəxslərlə ümumi toplantı keçiriləcək, məskunlaşma şərtləri açıqlanacaq. Onun sözlərinə görə, jurnalistlər dekabrın 25-ə kimi mənzillərinə köçə biləcəklər. Fond rəhbəri bildirib ki, dekabr ayının 25-dək mənzil alan jurnalistlərlə toplantı keçiriləcək:

"Biz mənzil alan jurnalistləri dekabrın 25-dək Fonda dəvət edəcəyik. Hazırda mənzillərin sahiblərinin su, işıq, qazla bağlı sənədlərinin hazırlanması ilə məşğul oluruq. Əslində, bu işi onlar özləri görməli olsalar da, biz istədik ki, kommunal xidmətlərlə bağlı sənədləşmələri  onların adına rəsmiləşdirərək bunu paket şəklində jurnalistlərə təqdim edək”.  

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?