Modern.az

Tanınmış rejissor və ssenarist dünyasını dəyişib

Tanınmış rejissor və ssenarist dünyasını dəyişib

Mədəniyyət

23 Sentyabr 2024, 14:50

Türkiyədə məşhur rejissor, ssenarist və prodüser Tomris Giritlioğlu dünyasını dəyişib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət xərçəng xəstəliyindən müalicə olunan Giritlioğlu 67 yaşında vəfat edib.

 

Qeyd olunub ki, bu itki türk kinosunda dərin iz buraxıb.

 

Tomris Giritlioğlu 1957-ci ildə Konyanın Kadınhanı rayonunda anadan olub. Hataylı bir ailədə böyüyüb. Uşaqlığının ilk illərini Adanada keçirib.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat