Modern.az

Rizvan Cəbiyev: “İctimai Televiziya haqqında qanunu mən hazırlasam da, İTV-dən küskünəm”

Rizvan Cəbiyev: “İctimai Televiziya haqqında qanunu mən hazırlasam da, İTV-dən küskünəm”

13 Dekabr 2013, 12:39

“İctimai Televiziyanın son aylardakı fəaliyyətindən xəbərim yoxdur. Əvvəl çox gözəl, çox yaxşı idi. İsmayıl Ömərovun dövründə hər şey yüksək səviyyədə qurulmuşdu. Guman edirəm ki, İTV o dövrdə qarşıya qoyulan məqsədə nail olmuşdu”.

Bunu Modern.az saytına açıqlamasında "KİV haqqında" və "İctimai Televiziya haqqında" qanunların yaradıcısı olmuş eks-deputat Rizvan Cəbiyev deyib.

“Cəmil Quliyev rəhbərliyə gələndən sonra mən o kanalı izləmirəm. İTV-dən bir az küskünəm. Mən obyektiv insanam, pis olsa, deyərəm pisdir. Amma baxmadığım üçün nə pis, nə də yaxşı deyə bilmərəm. Pis olduğunu güman da etmirəm. Hər halda İTV möhkəm təməl üzərində, işini bilən bir adam tərəfindən qurulub. İsmayıl Ömərov haqqında kim nə demiş olsa da, o televiziya işini mükəmməl bilirdi. İctimai Televiziya haqqında qanun qəbul olunmasında da yaxından iştirak etdi. O dövrdə Avropanın Azərbaycan İctimai televiziyasından nə istədiyini də yaxşı bilirdi. Müəyyən dairələrdə müəyyən insanlar gözünü yumub İTV-nin ünvanına nə gəldi deyirdi. Əlbəttə, demokratiyadır hər kəs öz fikrini deyə bilər. Düşünürəm ki, onun dövründə İTV öz işini yüksək səviyyədə qura bildi. Amma 3-5 gün ərzində onu korlamaq mümkün deyil. Yəqin ki, bu gün də yaxşı olar”, – deyə R. Cəbiyev söylədiklərinə əlavə edib.

 

Gülşən Raufqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi