Modern.az

Rauf Arifoğlu: “Prezidentlə görüşdən sonra yayımda problem həll olunur”

Rauf Arifoğlu: “Prezidentlə görüşdən sonra yayımda problem həll olunur”

13 Dekabr 2013, 13:59


“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Modern.az-a açıqlamasında qəzet yaymı ilə bağlı müəyyən irəliləyişlərin olduğunu deyib.

“Bakıya gətirilmiş çoxsaylı köşklərdə əvvəllər “Yeni Müsavat” qəzetinin satışı məhdud idi. Hər köşkdə cəmi bir, ya da iki “Yeni Müsavat” qəzeti satılırdı. İndi qəzetin yayımında heç bir hədd yoxdur. Qəzetlər köşklərin vitrinlərinə də qoyulur. Lakin bizim üçün problemli bir sahə hələ də qalmaqdadır. Ümid edirik ki, o da həll olunacaq. Bu da metrostansiyalarda, stansiyaların içində, girişlərdə qəzet köşklərinin yığışdırılması və geri qayıtmadan qəzet satışının ləğv olunmasıdır. Biz bu istiqamətdə çalışırıq. Mətbuat Şurasının yaratdığı komissiya tərkibində mən də varam. Metropolitendə də yayımın bərpa olunması istiqamətində təkliflər hazırlamışıq. Bu gün də o təkliflər müzakirə olunacaq. İstədiyimiz ondan ibarətdir ki, Bakı şəhərində yayıma heç bir məhdudiyyət qoyulmasın. Hər yerdə bu məhdudiyyət aradan qaldırılır, satış normallaşdırılır”.

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov da deyir ki, yayımla bağlı problem qismən həll olunur.

“Hazırda yeni köşklərdə, vitrinlərdə qəzetləri görmək olar. Amma məsələnin başqa tərəfi var. Qışda qəzetlərin satış imkanları məhdud olur. Bu qəzetlər çölə düzülür, yağışlı havada  bunları vitrinlərə qoymağa ciddi problemdir. Məsələnin birinci tərəfi budur. İkinci tərəfi isə metroda satış hələ də təmin olunmayıb”.

“Ayna/Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı isə qəzet yayımında nəticə görmədiyini deyir. “Bizim qəzetin problemləri hələ həll olunmayıb. Prezident tapşırıq versə də, məsələnin həlli uzanır. Görünür, iş gedir. Metroda qəzet satışı bərpa olunmayıb. Yeni köşklər təzə başlayıblar müqavilə bağlamağa. Hələ ki, nəticə yoxdur”.

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır