Modern.az

Sülh sazişində razılaşdırılmayan 3 maddə qalıb - Onlar nələrdir?

Sülh sazişində razılaşdırılmayan 3 maddə qalıb - Onlar nələrdir?

Ölkə

8 Oktyabr 2024, 12:44

Ermənistan Azərbaycanla sülh sazişini Bakıda keçiriləcək COP29 konfransından əvvəl imzalamaq istəyir.

Modern.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Avropada səfərdə olan Ermənistan prezidenti Vaaqn Xaçaturyan bildirib.

Ermənistan prezidenti məlumat verib ki, Azərbaycan rəsmiləri ilə sülh sazişi layihəsinin bir sıra maddələri üzrə danışıqlar davam edir.
 

O, Azərbaycanla razılaşdırılmayan 3 maddənin qaldığını qeyd edib.

Amma erməni prezident razılaşdırılmayan maddələrin nədən ibarət olduğunu  açıqlamayıb.

Daha əvvəl açıqlanan məlumatlara əsasən, sülh sazişi layihəsi 17 maddədən ibarətdir. 

Ehtimallara görə, razılaşdırlmayan maddələrdən biri Ermənistan Konstitusiyasının dəyişdirilməsi, ikincisi  Zəngəzur dəhlizi də daxil olmaqla kommunikasiyaların açılması ilə bağlıdır.

Razılaşdırılmayan üçüncü maddə sərhədlərin anklav kəndlərlə bağlı delimitasiyası ola bilər.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə