Modern.az

Telejurnalist Eldəniz Vəliyev: “Məndən “prorab” olmaz” - MÜSAHİBƏ

Telejurnalist Eldəniz Vəliyev: “Məndən “prorab” olmaz” - MÜSAHİBƏ

Media

16 Dekabr 2013, 11:24

ANS telekanalında uzun illər baş-aparıcı redaktor olmuş, daha sonra APA TV-nin  baş direktoru vəzifəsində çalışmış Eldəniz Vəliyev çoxdan idi ki, mediadan ona ünvanlanan sualları cavabsız qoyurdu. Lakin Modern.az saytı tanınmış jurnalisti danışdıra bildi:

– Bilmək istəyərdik ki, indi hansı sahədə fəaliyyət göstərirsiniz? Yeni layihələriniz varmı?

– Hələlik planlarım barədə danışmaq istəmirəm, inşallah atacağım addımı görəcək və eşidəcəksiniz.

– Heç olmasa ümumi məlumat verin. Yenə jurnalistika ilə məşğul olacaqsınız?

– Əlbəttə, sevdiyim və əlimdən gələn iş budur. Bundan sonra məndən “prorab” olmaz.

– Yenə işiniz televiziya ilə bağlı olacaq?

-
... Hər halda mən indiyə qədər qəzetdə işləməmişəm 

– Sözügedən fəaliyyətinizə yaxın zamanda başlayacaqsız?

– Çox inadçısınız, hər halda bu il olmayacaq.

– İnadçı olmağı işim tələb edir. Hazırda nə işlə məşğulsunuz, dincəlirsiniz?   

– Desəm dincəlirəm, qeyri-səmimi olar, aradan keçən müddət az deyil. Mən dincəlməkdən də tez bezən adamam. Öz işlərimlə məşğul oluram, kitab oxuyuram, çoxdan içimdə olan yazılarımı yazıram, çoxlu piyada gəzirəm və s.

Misranə Həsənzadə

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!