Modern.az

Peşəkar mühasib sertifikatı imtahanı keçirilib - YENİLƏNİB

Peşəkar mühasib sertifikatı imtahanı keçirilib - YENİLƏNİB

Aktual

20 Oktyabr 2024, 14:32

Dövlət İmtahan Mərkəzi tərəfindən peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi (qanunvericilik üzrә) keçirilib.

 

Modern.az xəbər verir ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 7 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 7 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 131 nəzarətçi,17 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

 

İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün yaxın 5 həftə ərzində elan olunacaq.

 

***

08:34

 

Oktyabrın 20-də Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının II mərhələsini (qanunvericilik üzrə) keçirir.

 

DİM-dən Modern.az-a bildirilib ki, imtahan vermək üçün 1462 nəfər müraciət edib.

 

İmtahan bütün binalarda saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmayacaqlar.

 

Namizəd imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidir:

 

- Şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu) əsli;

 

- İmtahana buraxılış vərəqəsi.

 

Üç saat davam edən imtahanda peşəkar mühasib sertifikatı növünə aid qanunvericilik üzrə 40 test tapşırığı təqdim olunur.

 

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 7 binada təşkil edilir. İmtahanın keçirilməsi üçün 7 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 131 nəzarətçi,17 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə