Modern.az

Heydər Əliyev prospektinin əsas yolu bağlandı - FOTOLAR

Heydər Əliyev prospektinin əsas yolu bağlandı - FOTOLAR

Aktual

22 Oktyabr 2024, 09:57

Güclü yağış səbəbindən paytaxtın Heydər Əliyev prospektində yerləşən Bağırov körpüsünün altındakı tunelin su ilə dolması səbəbindən burada nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Modern.az xəbər verir ki, hazırda prospektin əsas hissəsinə nəqliyyat vasitələri buraxılmır. Bu da prospektə çıxan küçələrdə və digər yollarda nəqliyyat sıxlığına gətirib çıxarıb.

Hazırda Bağırov körpüsünün alt hissəsindəki tuneldə Fövqəladə Hallar Nazirliyi tərəfindən işlər davam etdirilir.

Sözügedən tuneldə maşının su altında qalmasını əks etdirən videonu təqdim edirik:(Qafqazinfo.az)

 


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə