Modern.az

Hacıqabulda növbəti ağacəkmə aksiyası - FOTO

Hacıqabulda növbəti ağacəkmə aksiyası - FOTO

29 Oktyabr 2024, 18:32

29 oktyabr 2024-cü il tarixdə "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar Hacıqabul rayonunda növbəti ağacəkmə aksiyası keçirilib.

 

Modern.az xəbər verir ki, aksiyada Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun idarə və müəssisə kollektivləri, könüllülər olmaqla, ümumilikdə 150 nəfər iştirak edirdi.

 

Bakı-Qazax magistral avtomobil yolunun Muğan qəsəbə ərazisindən keçən hissəsində, yolun kənarında Eldar şamı və sərv ağacları olmaqla gün ərzində ümumilikdə 1000 ədəd ağac əkilmişdir. Həmçinin ərazidə yeni əkilən tinglər suvarılıb aqrotexniki qaydada qulluq göstərilmişdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə