Modern.az

Süpürgəçini maşın vurub öldürdü

Süpürgəçini maşın vurub öldürdü

Hadisə

6 Noyabr 2024, 11:38

Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində 32 yaşlı O.İbrahimov idarə etdiyi "Volkswagen" markalı avtomobillə piyada E.İrzayevanı vurub.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov "oxu.az"a bildirib.

O qeyd edib ki, qəza noyabrın 6-da, saat 09:25-də baş verib:

"Zərərçəkən aldığı bədən xəsarətləri nəticəsində ölüb. Yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi polis orqanında cinayət işi başlanılıb, istintaq tədbirləri aparılır".

Hadisə şahidlərinin sözlərinə görə, vəfat edən şəxs ərazini süpürən təmizlik işçisi olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat