Modern.az

Ukraynada Rusiyanın 8-ci generalı ÖLDÜRÜLDÜ

Ukraynada Rusiyanın 8-ci generalı ÖLDÜRÜLDÜ

Dünya

7 Noyabr 2024, 22:31

Ukraynada Rusiya Silahlı Qüvvələrinin daha bir generalı öldürülüb.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, Rusiya ordusunun general-mayoru Pavel Yuriyeviç Klimenko həyatını itirib.

 

Onun ölümünü yaxın qohumu da təsdiqləyib. 

 

Klimenko noyabrın 6-da öldürülüb, lakin onun ölüm şəraiti barədə məlumat verilməyib.

 

General 5-ci Donetsk motoatıcı briqadasına komandirlik edib. 

 

Qeyd edək ki, Klimenko Rusiyanın Ukraynaya hücum etməsindən sonra həlak olan səkkizinci rus generalıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə