Modern.az

Bolqarıstan parlamenti sədr seçə bilmədi

Bolqarıstan parlamenti sədr seçə bilmədi

Dünya

13 Noyabr 2024, 16:30

Bolqarıstan Milli Məclisinin (birpalatalı parlament) deputatları ilk sessiyada parlamentin sədrini seçə bilməyiblər.

Modern.az xəbər verir ki, səsvermə noyabrın 15-də davam etdiriləcək.

Məlumata görə, namizədlərin siyahısına beş siyasi birliyin nümayəndəsi daxil edilib. Lakin iki gün davam edən ilk iclasda parlamentin sədrini seçmək mümkün olmayıb. Onlardan heç biri 240 yerlik parlament üzvlərinin əksəriyyətinin dəstəyini qazana bilməyib.

Əlavə danışıqlardan sonra parlamentin müvəqqəti sədri Silvi Kirilov iclasın noyabrın 15-də davam edəcəyini açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə