Modern.az

“El”in toplantısı dekabrın sonunda keçiriləcək

“El”in toplantısı dekabrın sonunda keçiriləcək

Təhsil

24 Dekabr 2013, 13:45


“Hərəkatın İdarə Heyətinin toplantısını ilin sonuna qədər keçirməyi planlaşdırırıq. Bu barədə Eldar Namazovla da məsləhətləşmişik”. Bu barədə Modern.az-a “El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev məlumat verib. O, toplantının gecikməsinin səbəbini idarə heyətinin bəzi üzvlərinin Bakıda olmaması ilə əlaqələndirib: “İdarə Heyətinin üzvlərinin bir hissəsi Bakıda yoxdur. Ona görə də qərara aldıq ki, toplantının keçirilməsi ilin sonuna qalsın. Toplantının keçirilməsi ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, dekabrın 19-da Müsavat Partiyasının rəhbərliyi və “El” Hərəkatı rəhbərliyi arasında görüş keçirilib. Görüşdə Müsavat “El”ə ikitərəfli əməkdaşlıq təklif edib. “El” nümayəndələri təklifi müsbət dəyərləndirsələr də, yekun qərarın hərəkatın idarə heyətinin toplantısında sonra veriləcəyini bildiriblər.

 
İlkin PİRƏLİ  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır