Modern.az

Suriya ordusu Hələbdən GERİ ÇƏKİLİR

Suriya ordusu Hələbdən GERİ ÇƏKİLİR

Dünya

30 Noyabr 2024, 14:35

Suriya hakimiyyəti Hələb hava limanını və şəhərə gedən bütün yolları bağlayıb.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” üç hərbi mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, Suriya ordusuna silahlıların daxil olduğu şəhərin əsas bölgələrindən də “təhlükəsiz geri çəkilmək” əmri verilib.

Silahlıların Hələbin mərkəzinə çatdıqlarını və şəhərin müxtəlif ərazilərini təmizlədiklərini bildiriblər. Agentlik, həmçinin Rusiyanın Dəməşqə üsyançılarla mübarizə üçün əlavə hərbi yardım vəd etdiyini bildirib. Yeni avadanlıq üç gün ərzində təhvil veriləvək.

Qeyd edək ki, Suriya üsyançıları noyabrın 26-da Hələbə hücuma başlayıblar. Noyabrın 29-da silahlı qüvvələr şəhərə daxil olduqlarını elan etdilər.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə