Modern.az

Abituriyenlərdən şikayət var

Abituriyenlərdən şikayət var

Təhsil

13 May 2010, 14:25

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) arelin 30-dan başlayaraq ali məktəblərə sənəd qəbulu üçün Sənəd Qəbulu komissiyaları (SQK) təşkil edib. Ancaq bu komissiyaların bəzi üzvləri səlahiyyətlərindən sui-istifadə etməyə, abituriyentlərdən sənədlərini təsdiq etdirmək üçün əvvəlcədən pul almağa çalışırlar. Modern.az-a daxil olan məlumata görə, Bakının Suraxanı rayonundakı 85 saylı orta məktəbdə fəaliyyət göstərən  SQK-da bzəi abituriyentlərdən sənədlərin təsdiqi üçün 4 manat pul yığıblar.

“Biz sənədlərimizi Suraxanı rayonu 85 saylı məktəbdə yerləşən SQK-da təsdiq etdirdik. Müəllimimiz dedi ki, sənədlərin təsdiqi üçün pulu SQK-ya verəcəyik. Əvvəlcədən elə bildik ki, həqiqətən belədir. Pul verməliyik. Başqa məktəbin abituriyentləri də müəllimləri ilə birgə gəlmişdi. Onlar isə 3 manatdan yığmışdılar. Üstəlik bizə dedilər ki, sizin müəllim çox yığıb”. Bu sözləri saytımıza Hövsan qəsəbəsindəki 280 saylı məktəbin bir qrup məzunu deyib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Modern.az-a bildirib ki, abituriyentlər şəxsən özləri gedib SQK-da sənədlərini təsdiq etdirsənlər. Kiminsə vasitəsilə etməsinlər.

“Abituriyentlərin sənədlərinin təsdiq edilməsi prosesində heç bir yığım aparılmır. Bizim “qaynar xətt”ə SQK ilə bağlı hər hansı bir neqativ hal daxil olmayıb. Hövsan məktəbinə gəlincə, bu məktəbdaxili bir problemdir. Çünki onlardan SQK-da pul tələb edilməyib. Yenə də biz məsələni araşdıracağıq”.

Xatırladaq ki, TQDK bir müddət öncə Binəqədi rayonu 83 saylı məktəbdə yaradılmış Sənəd Qəbulu Komissiyasında abituriyentlərdən ərizələrinin təsdiqi üçün ödəniş tələb olunması barədə məlumatı araşdırarkən fakt təsdiqini tapıb. Bununla əlaqədar TQDK tərəfindən Binəqədi rayonu 83 saylı məktəbdə yaradılmış Sənəd Qəbulu Komissiyasının işçi qrupunun üç üzvü işdən kənarlaşdırılıb. Təhminə Paşayeva

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü