Modern.az

Narkoloji dispanserdə ÖLÜM

Narkoloji dispanserdə ÖLÜM

Hadisə

12 Dekabr 2024, 21:58

Sumqayıtda dispanserdə ölüm faktı baş verib.

 

Modern.az APA-ya xəbər verir ki, hadisə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydə alınıb.

 

Orada müalicə olunan 1968-ci il təvəllüdlü V.Hacıyevin bu gün vəfat etdiyi bildirilir. Məlumata görə, dispanserə alkoqol sərxoşluğu vəziyyətində daxil olmuş, tufeyli həyat tərzi sürən həmin şəxs, dekabrın 10-da xəstəxanaya daxil olub, iki gün sonra, aparılan müalicəyə baxmayaraq, orada ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?