Modern.az

Tramp Poçt Xidmətini ÖZƏLLƏŞDİRƏCƏK

Tramp Poçt Xidmətini ÖZƏLLƏŞDİRƏCƏK

Dünya

15 Dekabr 2024, 09:37

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ölkənin Poçt Xidmətini özəlləşdirmək niyyətindədir.

 

Modern.az “The Washington Post”a istinadən xəbər verir ki, qurum ciddi maliyyə itkiləri ilə üzləşib.

 

Sentyabrın 30-da başa çatan 2024-cü maliyyə ilində itkilər 9,5 milyard dollar təşkil edib.

 

Jurnalistlər qeyd ediblər ki, bu, poçt göndərişlərinin həcminin daim azalması və bağlamaların çatdırılması biznesinin ləng inkişafı ilə bağlıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır